Rusiya bu məhsulların Ermənistandan idxalını qadağan edə bilər

  • 12:50 - 07 Fevral

Rusiya Ermənistandan idxal etdiyi kənd təsərrüfatı məhsulları üçün sanitar-gigiyenik normaları ciddi şəkildə sərtləşdirə bilər.

Avropa.info xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır. 

“Qaydalarının sərtləşdirilməsi ilə bağlı bəzi məhsulların idxalı tamamilə qadağan oluna bilər. Bu şərtlərdə Ermənistan hakimiyyəti başqa tədarük bazarları axtarmalıdır” – qəzet yazır.

Ermənistan İqtisadiyyat Nazirliyinin statistikasına görə, bu ölkənin 2019-cu ildə xaricə satdığı kənd təsərrüfatı məhsullarının miqdarı 141,2 min tonu keçib.


Oxunma sayı: 6799

Oxşar yazılar