Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı – Krallığa aparılırdılar

  • 12:11 - 07 Fevral

Dağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalanıblar.

Avropa.info lent.az -a istinadən verdiyi məlumata görə, yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış.

İlkin araşdırmadan sonra məlum olub ki, hər iki qız 1 milyon rubla (təxminən 27 min manata) satılıb. Saxlanılan qızların hər ikisinin Mahaçqala şəhər sakini olduğu bildirilir. Onları satmaq istəyən qadın isə polisə aparılıb və haqqında cinayət işi qaldırılıb.


Oxunma sayı: 13003

Oxşar yazılar