Bakıda Türk Şurası XİN başçılarının iclası başa çatdı – Yenilənib

  • 10:02 - 06 Fevral

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

Avropa.info-nun xəbərinə görə, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini iştirak edirlər.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Macarıstan müşahidəçi üzv statusuna malikdir. 2019-cu ilin sentyabr ayında Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.

***

Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, iclasda iştirak etmək üçün qurumun baş katibi, üzv ölkələrin XİN rəhbərləri Azərbaycana gəliblər.

Ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev arasında keçirilən görüşdə iclasın gündəliyində duran bir sıra məsələlər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türk Şurasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.


Oxunma sayı: 14994

Oxşar yazılar