Məşhur basketbolçu Türkiyə vətəndaşlığını qəbul

  • 21:22 - 05 Fevral

“Anadolu Efes” basketbol klubunun oyun qurucusu Şeyn Larkin Türkiyə vətəndaşlığını qəbul edib.
Avropa.info xəbər verir ki, amerikalı basketbolçu “Instagram” səhifəsində son bir neçə ayda müzakirə olunan bu məsələyə aydınlıq gətirib: “Türkiyə millisinin şərəfini qoruyacağıma görə qürur hissi keçirirəm. Türkiyə bayrağını sinəmdə daşıyacağıma görə çox şadam. Bu mənim üçün həqiqətən də böyük şərəfdir”.
Xatırladaq ki, Larkin ötən mövsümdən bəri Avroliqada diqqət mərkəzində olan oyunçudur. O, bu mövsüm dəfələrlə müntəzəm çempionatda turun oyunçusu seçilib. Larkin Olimpiadaya lisenziya turnirində Türkiyə millisinə kömək edəcək. “Ay ulduzlular” turnirin qrup mərhələsində Yunanıstan, Kanada, Çexiya, Çin və Uruqvay millisi ilə qarşılaşacaq.


Oxunma sayı: 10187

Oxşar yazılar