İrandan gətirdiyi sabunun içərisindən narkotik çıxdı

  • 14:21 - 05 Fevral

Azərbaycana narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Avropa.info-ya daxil olan məlumaat görə, İrandan piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılaraq şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Yoxlama zamanı onun əl yüklərində olan sabunların birinin içərisində gömrük nəzarətindən gizlədilən, çəkisi 74 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.


Oxunma sayı: 6634

Oxşar yazılar