Şad xəbər: tunel tikintisi bu ay başa çatır

  • 12:52 - 05 Fevral

Bakıxanov və Sabunçu qəsəbələri arasındakı yeraltı tunelin tikintisi son mərhələdədir. Hazırda tuneldə dəmir-beton divarların qranit daşlarla üzlənməsi işləri aparılır.

Bu barədə Avropa.info-ya Azərbaycan Dəmir Yolları QSC-dən Bakının Bakıxanov qəsəbəsi ilə Sabunçu qəsəbəsi arasında yerləşən dəmiryol xəttinin altından tikilməkdə olan tuneldə aparılan işlərlə bağlı danışarkən deyiblər.

QSC-dən bildirilib ki, aparılan işlərin bir həftə ərzində yekunlaşması nəzərdə tutulub:

“Bundan əlavə, asfaltın alt yatağı hazırlanır. Növbəti mərhələdə isə yolun asfaltlanmasına başlanılacaq. Məlumat üçün bildirək ki, tunelin uzunluğu 268 metr, hündürlüyü 6 metr, eni isə 15.30 metrdir. Tuneldə avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün də 1.30 metr enində səki nəzərdə tutulub. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə şərait yaradacaq”.

ADY-dən bildirilib ki, tikinti işlərinin bu ayın sonunadək tamamlanması nəzərdə tutulub.

Xatırladaq ki, tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.


Oxunma sayı: 8746

Oxşar yazılar