DİN "Muğanbank"ın mühafizəçisinin ağzından bıçaqlanması ilə bağlı məlumat yaydı

  • 15:20 - 04 Fevral

Nərimanov rayonu ərazisində yerləşən bankın işçisinin sifət nahiyəsinə bıçaqla xəsarət yetirmiş N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirmişdir. Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, silahlı insident "MuğanBank" ASC-nin baş ofisində baş verib.


Oxunma sayı: 6799

Oxşar yazılar