Adil Əliyev istefaya göndərildi – Foto

  • 10:38 - 04 Fevral

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.

Avropa.info xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün "Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib:

"Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi”

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov idi. Hər iki şəxs deputatlığa namizəddir.


Oxunma sayı: 18745

Oxşar yazılar