İran vurduğu təyyarə ilə bağlı Ukraynaya məlumat verməkdən imtina etdi

  • 17:56 - 03 Fevral

İran keçən ay vurduğu Ukrayna Hava Yollarına məxsus təyyarə ilə bağlı məlumatları verməkdən imtina edib.

Avropa.info xəbər verir ki, qərarın verilməsinə səbəb Ukrayna tərəfinin dispetçer qülləsi ilə uranlı pilot arasında keçən və raketin buraxılması ilə bağlı ifadələrin işlədildiyi səs yazısını yayması olub. Bu hadisədən sonra İran rəsmi Kiyevlə məlumat paylaşmama qərarı verib.

“Bu səs yazısı qəzanı araşdırma komissiyası tərəfindən ukraynalı mütəxəssislərə təqdim olunmuşdu. Ukraynalıların haqqında bəhs olunan səs yazılarını yayması səbəb ilə bir daha heç bir hadisə ilə bağlı məlumat verməmək qərarı verdik” – İran Mülki Aviasiya Təşkilatının qəzalar departamentinin müdiri Həsən Rzayifər belə deyib.


Oxunma sayı: 17722

Oxşar yazılar