Dani Kintana “Qarabağ”dan Çin klubuna getdi

  • 03 Fev - 2020

"Qarabağ"ın futbolçusu Dani Kintana bu gün komandada sonuncu məşqinə çıxıb.

Avropa.info klubun saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Çin təmsilçisi "Chengdu Better City"ə transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq. 

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.


Oxunma sayı: 6744

Oxşar yazılar