Fərəc Quliyev rəqibi Mehman Hüseynova seçkilərdən çəkilmək üçün rüşvət təklif etdi - Sensasion səs yazısı

  • 17:04 - 02 Fevral

Sosial şəbəkələrdə Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Quliyevlə bloger Mehman Hüseynov arasında baş tutan danışıqların sensasion səs yazısı yayılıb.

Səs yazısından göründüyü kimi, Fərəc Quliyev Mehman Hüseynova parlament seçkilərindən onun  xeyrinə geri çəkilməsi üçün pul təklif edib. 

Qeyd edək ki, həm Mehman Hüseynov, həm də Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüblər.

“Sən  həbsxanada və bələdiyyə seçkilərində fədakarlıq göstərdin. İndi buna niyə ehtiyac var? Seçkilərdə məni dəstəklə, sonra da mən sənə dəstək olacağam" - Fərəc Quliyev deyib.

Daha sonra partiya sədri qeyd edib ki, istənilən halda bu seçkilərdə qalib gələcək və Mehman Hüseynov öz hərəkətləri ilə yalnız onun YAP-dan olan rəqibinə kömək etmiş olardı.

Söhbətin sonunda Fərəc Quliyev açıq şəkildə Mehman Hüseynova namizədliyini onun lehinə geri götürmək üçün 10-15 min manat təklif edib. Və bunu "müalicə xərclərinə kömək" olaraq vermək istədiyini deyib.

Öz növbəsində Mehman Hüseynov dostları və komandası ilə müzakirə etmədən belə bir qərar verə bilməyəcəyini deyib. Görüşdən sonra bloger aralarında olan danışıqların audio yazısını internetə sızdırdıb. Həmin səs yazısını təqdim edirik:

 


MxlvJTa-wDA

Oxunma sayı: 15016

Oxşar yazılar