Çindən təxliyyə edilən Azərbaycan vətəndaşları Ankaraya gətirilib - Video, Canlı

  • 22:30 - 01 Fevral

Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi Ankaradakı  Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna yerli vaxtla saat 21.12-də enib. 

 Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədki digər heyət Ankarada Zəkai Tahir Burak xəstəxanasına 17 xüsusi ambulansla daşınıb. 

Qeyd edək ki, təyyarəni qarşılayanlar arasında xüsusi karantin şəraitdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib. 

Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Önen bildirib ki,  Çindən gətiriləcək digər  6 nəfər təxliyyə olunmaq istəməyiblər. Bunun səbəbini bəzi sosial media şəbəkələrində həmin şəxslərin haqqında olan şəxsi bilgilərin paylaşılması olub ki, onlar bu məlumatların açıqlanmasına həssas yanaşdıqlarını və bu səbədən də ailələri ilə birgə Çində qalmağa üstünlük verdiklərini bildiriblər. 

Səhiyyə naziri Fəxrəddin Qoca isə deyib ki, Çindən təxliyyə olunanların heç birisndə yeni növ 2019-nCoV ölümcül virus aşkarlanmayıb. Nazir bildirib ki, təyyarədə olan tibbi heyət də daxil 62 nəfər 14 gün karantin şəraitində saxlandıqdan sonra, səhhətlərində hər hansı bir təhlükə olmayacaqsa, istədikləri yerə gedə biləcəklər.(apa)


-TDGW6poFGE

Oxunma sayı: 9901

Oxşar yazılar