Çindən qayıtdıqdan sonra Türkiyədə qalacaq Azərbaycan vətəndaşlarına lazımı diqqət göstəriləcək - Səfirlik

  • 18:42 - 01 Fevral

“Çinin Uhan şəhərindəki vətəndaşlarımızın təxliyələrinin həyata keçirilməsi üçün qardaş Türkiyə ilə birlikdə zəruri işlər görülüb. Səfir Xəzər İbrahim də karantin şərtlərinə uyğun olaraq, təyyarəni qarşılayanlar arasında olacaq”. 

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, vətəndaşlarımızın təxliyəsi ilə bağlı Səfirlik ilk gündən etibarən lazımı addımları atıb. Həm Türkiyənin Xarici İşlər Nazirliyi, həm də digər aidiyyəti qurumlarla mütəmadi əlaqə saxlanılıb. 

Bildirilib ki, Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının Türkiyədə qaldığı 14 gün ərzində səfirlik lazım olan diqqət və qayğını göstərəcək.(apa)


Oxunma sayı: 12640

Oxşar yazılar