Azərbaycan vətəndaşlarını Çindən gətirən təyyarə Türkiyəyə yola düşdü

  • 15:05 - 01 Fevral

Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarını gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşüb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.


Oxunma sayı: 11023

Oxşar yazılar