Həbib Nurməhəmmədovun əmisi oğlu da UFC-də döyüşəcək

  • 11:20 - 01 Fevral

Dağıstan əsilli, qarışıq növlər üzrə döyüşçü Umar Nurməhəmmədov UFC ilə müqavilə bağlayıb.

Avropa.info xəbər verir ki, bu barədə onun əmisi oğlu, UFC çempionu Həbib Nurməhəmmədov məlumat verib. Həbib qohumunun nəticə əldə etmək üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu deyib.

“İnndi hərəkət elə və sübut et ki, sənin yerin dünyanın ən yaxşı atletləri arasındadır” – Həbin “İnstagram” səhifəsində əmisi oğlu haqda yazıb.

Umar Nurməhəmmədov Həbib Nurməhəmmədovla “American Kickboxing Academy”-də məşq edir. Onun hesabında 12 qələbə və 0 məğlubiyyət var.

Xatırladaq ki, keçən ilin noyabr ayında Həbibin digər əmisi oğlu Əbubəkr Nurməhəmmədov UFC-də ilk döyüşündə alman rəqibi Devid Zavada döyüşün ikinci dəqiqəsində məğlub olmuşdu.


Oxunma sayı: 10000

Oxşar yazılar