“Avstriya Hava Yolları” şirkəti Çinə bütün uçuşları dayandırıb

  • 22:40 - 29 Yanvar

“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.


Oxunma sayı: 12574

Oxşar yazılar