Razi Nurullayev İmişlidə şəhid ailələrini ziyarət edib - Fotolar

  • 20:20 - 29 Yanvar

 

Razi Nurullayev İmişlidə şəhid ailələrrini ziyarət edib 

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev özünün "facebook" səhifəsində yazıb.

Bu günümü şəhid ailələrinə sərf etdim. Göbəktala kəndində Aprel döyüşlərində şəhid olmuş Nəcməddin Savalanovun məzarına baş çəkdim, sonra isə ailə üzvləri ilə görüşdüm. Həqiqətən bu şəhid qardaşımız qəhrəman olub, onun döyüş yolu, professional hərbi davranışı dillər əzbəri olmalıdır. Şəhidimizin anası, qardaşları Elməddin və Pərvizlə, dayısı Cabirlə söhbət etdim. Gözəl bir ailədir.

Sonra Aprel döyüşlərində şəhid olmuş qardaşımız Cavid Dədəkişiyevin məzarını atası Gülbaba kişi ilə ziyarət etdik. Diqqətimi məzar daşı üzərində yazılmış Azərbaycanın Milli Qəhrəmanı sözü çəkdi. Atası deyir ki, Qafur Məmmədov İkinci Dünya müharibəsi zamanı təkbaşına düşmən pulemyotunu susdurub tapşırığı yerinə yetirmişdi. Sovet İttifaqı Qəhrəmanı adı alıb. Cavid də döyüş tapşırığını yerinə yetirib və düşmən postunu ələ keçirib və sona qədər saxlayıb. Bütün hərbi dəstəsi ilə şəhid düşüb.

Böyüklərlə görüşmək və oğlunun qəhrəmanlığını sübut etmək və layiq olduğu qiyməti almasını istəyir. Şəhid atasını Bakıda qəbul edib dinləmək vacibdir. Əsas narahatlığı şəhid övladının ad almasıdır.

1994-cü ildə itkin düşmüş şəhidimiz Bəhlul Əliyevin qardaşı Müseyib kişi ilə görüşdüm. Çay süfrəsi ətrafında maraqlı söhbət etdik. Müseyib kişi dedi ki, 9 fevral zəfərindən sonra bir qurban kəsəcək. Təşəkkür edirəm, Müseyib kişi.

Otuziki kəndində Mansır kişiyə baş çəkdim. Mansır kişi indi birinci qrup əlildir, amma buz baltası kimi kişi olub. Kəndlərdə işıq pulu toplayıb, amma hər kəsin hörmətini qazanıb. Dünya və daxili siyasəti siyasətçilərdən yaxşı bilir. Çox gözəl kişidir. Seçkidən sonra qəşəng süfrə açacağını dedi. Süfrədə həyətində becərdiyi hinduşka kababı da olacaq. Sağ ol Mansır kişi. Kişilik də bir nemətdir!


Oxunma sayı: 9296

Oxşar yazılar