İstanbulda 400 kiloqram narkotik maddə ələ keçirilib

  • 19:28 - 29 Yanvar

İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirilib. 

Əməliyyat nəticəsində 400 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb. Onun 250 kiloqramını psixotrop həblər, 150 kiloqramını isə digər narkotik vasitələr təşkil edib. Müxtəlif rənglərdə hazırlanmış həblərin təhsil müəssisələrinin qarşısında satılmasının planlaşdırıldığı ehtimal olunur. 

Əməliyyat nəticəsində dörd nəfər saxlanılıb. Bu istiqamətdə təhqiqat davam etdirilir.


Oxunma sayı: 7305

Oxşar yazılar