Xorvatiyada hərbi helikopter qəzaya uğrayıb

  • 18:22 - 29 Yanvar

Xorvatiyada Hərbi Hava Qüvvələrinə məxsus “Kiowa Warrior” tipli helikopter qəzaya uğrayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə Adriatik dənizindəki Zlarin və Zablaçe adalarının yaxınlığında baş verib. Qəza nəticəsində helikopterdəki iki nəfərdən biri həlak olub. Digər şəxsin axtarışlarına başlanılıb.


Oxunma sayı: 6623

Oxşar yazılar