"Artıq səbrimiz tükənib, ya İdlibdə bombardımaları dayandırın, ya da... " - Ərdoğandan Rusiyaya sərt xəbərdarlıq

  • 16:52 - 29 Yanvar

Afrika səfərindən qayıdarkən jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib məsələsində rəsmi Moskvanın Astana və Soçidə götürdüyü öhdəliklərə sadiq olmadığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Ərdoğan “Bu müqavilələrə Rusiyanın sadiq qalması halında, biz də eyni sədaqətlə yola davam edərik. Hazırda təəssüf ki, Rusiya Astanaya da, Soçiyə də sadiq deyil” deyib. 

“2018-ci ildə İdlibin atəşkəs bölgəsi kimi elanından sonra gərginlik azalacaq kimi görünmür. Son zamanlarda hücumlar da artdı. Görünən odur ki, Türkiyəyə təzyiq göstərərək, köç dalğasını planlayırlar.

Rusiya ilə həm Soçi, həm də Astanada bəzi görüşlər oldu, müqavilələr imzalandı. Bu müqavilələrə Rusiyanın sadiq qalması halında biz də eyni sədaqətlə yola davam edərik. Hazırda təəssüf ki, Rusiya Astanaya da, Soçiyə də sadiq deyil. Dostlarımız həmkarları ilə danışıqlar aparırlar. Bu danışıqlarda ruslara  “İdlibdə bu bombardmanları dayandırdız dayandırdız, dayandırmadığınız təqdirdə bizim artıq səbrimiz tükənir" deyirik.  Ən son Hələbdən bizim tərəfə atışları var. Biz bunlara bir yerə qədər səbir edərik, səbir etdik, amma ondan sonra da biz göbəyimizi özümüz kəsərik. Bu məsələdə Rusiya razılaşmalara  sadiqdirsə, mövqeyini bəlli edəcək. Ya Suriya ilə bağlı prosesi fərqli aparacaq, ya da Türkiyə ilə bağlı prosesi fərqli aparacaq. Bunun başqa yolu yoxdur. Biz bir şeyləri qapmaq niyyətinə deyilik. Biz bir şeyləri almanın, torpaq qapmağın dalınca getmirik. Biz oradakı məzlum insanların xilas etməyin mübarizəsini aparırıq.

Rusiya İdlibdəki bu insanlara "terrorçu" deyir. Kimdir terrorçu? Öz torpağını müdafiə edənlər terrorçudur? Bunlar üsyançıdır. Hazırda bunlardan soruşsan Türkiyədəki 4 milyon suriyalı da terrorçudur. Bunlar haradan qaçdı gəldi? Əsədin zülmündən qaçdı gəldi. Hazırda bu insanlar bizə sığınıblar.

Bu qışın soyuğunda bunlar çadırlarda qala bilməzlər. Bunlara briket sığınacaqlar tikək dedik. Mən bunları cənab Putinə də dedim. Bu insanlar hazırda çadırlarda nə vaxtadək qalacaq? Bunun üçün Əsədə deyilməsi lazım olanı deyirik, bu insanları biz yüksək komfortlu şəkildə yerləşdirə bilərik. Onun üçün də biz bu işi yarıda kəsmərik, eyni qətiyyətlə sahib çıxmağa davam edərik. 

Zaman keçdikcə görəcəyik, amma dostlarımız şəxsi görüşləri aparacaqlar.  Arzumuz bir an əvvəl Rusiyanın dost kimi gördüyü rejimə lazımi xəbərdarlığı etməsidir”- deyə Ərdoğan qed edib.

Qeyd edək ki, Rusiya XİN Türkiyə prezidentinin açıqlaması ilə bağlı bəyanat yayıb. Bəyanatda  Rusiyannın Suriya ilə bağlı götürdüyü öhdəliklərə sadiq olduğu bildirilir. 

Avropa.info


Oxunma sayı: 28821

Oxşar yazılar