Rəcəb Tayyib Ərdoğandan Çindəki vətəndaşlarımızla bağlı təlimat: "Qardaşlarımızı Türkiyəyə gətirin"

  • 17:01 - 29 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri çərçivəsində Seneqaldan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 

Avropa.info-nun məlumatına görə, R.T.Ərdoğan dünyanı sarsıdan koronavirusla bağlı hərəkətə keçildiyini bildirib. 

Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri çərçivəsində Seneqaldan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında vurğulayıb ki, Səhiyyə Nazirliyinə Çindəki vətəndaşlarının ölkəyə gətirilməsi üçün təlimat verib. 

"Çində təxminən 25 türk və 10 nəfər də azərbaycanlı var. Onların Türkiyəyə dönmək istəkləri var. Tədbirlərinizi alın və azərbaycanlı qardaşlarımızı da bura daxil edin. Karantin altına almaq surətiylə bu qardaşlarımızı Türkiyəyə gətirək" dedik. Türkiyə daxilində hal-hazırda hər hansı bir çətinlik yoxdur. Ancaq oradakı vəziyyət nəzərə alınmaqla lazımi tədbirlər görülür və addım atılır", - deyə Türkiyə prezidenti qeyd edib.


Oxunma sayı: 10011

Oxşar yazılar