Seçkilərdə "exit-poll" keçirəcək təşkilatların sayı 3-ə çatdı

  • 16:26 - 29 Yanvar

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü daha bir qurum “exit-poll” keçirəcək.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

MSK-nın iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

Bu təşkilat 118 dairə üzrə 236 məntəqədə prosesi həyata keçirəcək. Təşkilatda gənclər üstünlük təşkil edir. Prosesə nəzarət üçün qrup liderləri müəyyənləşdirilib. Qrup liderləri gənc müsahibəçilərin və supervayzerlərin işinə nəzarət edəcək.


Oxunma sayı: 5347

Oxşar yazılar