Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Avropa.info-nun qonağı oldu – Foto

  • 15:53 - 29 Yanvar

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Avropa.info xəbər portalının qonağı olub.

Avropa.info xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına diqqət çəkən Hüseyn Altınalan iki qardaş ölkənin münasibətlərinin yüksək olduğunu bildirib.

“Türkiyə Azərbaycanın ən kiçik probleminin də olmasını istəməz, bilirəm ki, Azərbaycan da Türkiyədə heç bir problemin yaşamasını istəmir. Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Ümid edirəm ki, bu qardaşlıq tarix boyu davam edəcək”.

Avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli Türkiyənin siyasəti, Azərbaycanla əlaqələri barədə saytda müntəzəm məlumatlar verildiyini qonağın diqqətinə çatdırıb.

“Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatları, bu ölkənin təhlükəsizlik məsələləri hər zaman saytımızın əsas xəbərləri arasında yer alıb. Türkiyə hər zaman Azərbaycanın maraqlarını müdafiə edən qardaş ölkədir. Biz də hər zaman qardaşımızın yanında olmağı özümüzə mənəvi borc bilirik”, deyə R.Bəşirli bildirib.

Avropa.info-nun baş redaktoru Rəsul Mirhəşimli Türkiyə səfriliyinin mətbuat müşaviri Hüseyn Altınalanın Azərbaycan mətbuatına göstərdiyi diqqəti yüksək qiymətlənidirib, bu əlaqələrin inkişafında yaxından iştirak edən qonağa təşəkkürünü bildirib. 


Oxunma sayı: 7965

Oxşar yazılar