Şabranda "Gələcək gəncliyindir" adlı tədbir keçirilib – Fotolar

  • 15:36 - 29 Yanvar

Yanvarın 29-da Şabran rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “02 Fevral - Azərbaycan Gəncləri günü” münasibəti ilə rayon gənclərinin iştirakı ilə "Gələcək gəncliyindir" başlığı altında tədbir keçirilib. 

Avropa.info xəbər verir ki, tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini F.Nuşiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi S.Əliməmmədov, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Tədbirdə ümumilikdə 60 nəfər gənc iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Süleyman Əliməmmədov iştirakçıları gənclər günü münasibəti ilə təbrik edərək əlamətdar gün barədə ətraflı məlumat verib və bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Daha sonra 2019-cu il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə rayon ictimaiyyətinə məlumat vermişdir. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini F.Nuşiyev çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, gənclərin respublikanın və eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü nəzərə çatdırıb. 

Tədbir rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin çıxışları ilə davam etdirilmişdir. Tədbirin sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc fəxri-fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

 

 

 

 

 

 


Oxunma sayı: 9076

Oxşar yazılar