Bu şəxslərə yeni təsis edilmiş Prezidentin aylıq təqaüdü verildi

  • 15:30 - 29 Yanvar

2019-cu ildə yeni təqaüd növləri təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Avropa.info-ya verilən məlumata görə, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib.

Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.


Oxunma sayı: 5490

Oxşar yazılar