Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB

  • 22:20 - 29 Yanvar

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter"səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

L.Abdullayeva biıdirib ki, danışıqlar sabah da davam edəcək.

***

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Avropa.info-nun xəbərinə görə, bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.


Oxunma sayı: 7459

Oxşar yazılar