Xocalı sakini Baş prokurora müraciət etdi: "Məni qəbul edin"

  • 14:17 - 29 Yanvar

Azerbaycanrealligi.com xəbər verir ki, Xocali rayon sakini Səfər Cavadov Azərbaycan Respublikasının Baş Prokroru Zakir Qaralova Muraciet ünvanlayib.

Avropa.info xəbər verir ki, müraciətdə deyilir:

“Cənab prokuror, qeyd edim ki, üc ildən artıqdır haqlarımız prokuror orqanlari terefnden davamlı olaraq pozulur, Cəlilabad rayonunda bir qurup Şəxsin mağazamızdan oğurluq etmesini sübut edən fakt və dəlillər olmasına baxmayaraq bu günə kimi hec bir tədbir görülməmişdir. Əvvəl Cəlilabad sonra isə Lənkəran rayon prokurorluğuna bu iş həvalə olunsada araşdırma adı altında üç ildir bizi süründürməçiliyə salıblar, Sizin göstərişinizlə iş üzrə çıxarılan qərarlar yeddi dəfə ləğv olunub. Amma yenə də təkrarən işi saxtalaşdıran eyni rayonun eyni müstəntiqinə verilib, bu isə işin ədalətli araşdırılmasına imkan verməyib. Bizim isə bu oğurluq faktına görə Sədərək ve Binə Ticarət Mərkəzlərində çalışan topdan satış mağazalarına külli miqdarda borcumuz yaranıb, və iş üzrə araşdırma gecikdikcə 50 dən çox sahibkar bizə təzyiq edir. Biz çıxılmaz durumdayıq. Cənab prokuror, mən hesab edirəm ki, bu işin ədalətli araşdırılması sizin iradənizdən asılıdır.  

  Sizdən xahiş edirəm ki, bu təksib olunmaz faktlarla sübut olunan oğurluq faktının araşdırılmasını nəzarətə götürüb, işin araşdırılmasını Baş prokurorluğa həvalə olunmasına göstəriş verəsiniz. Həmçinin bir vətəndaş kimi məni qəbul edib dinləməyinizi sizdən xahiş edirəm.”


Oxunma sayı: 6722

Oxşar yazılar