“İkiüzlü qərardır” – Belçikanın PKK ilə bağlı qərarına Çavuşoğludan etiraz

  • 13:42 - 29 Yanvar

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Belçika Ali Məhkəməsinin PKK ilə bağlı qərarına sərt reaksiya verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu “Twitter” səhifəsində Belçika prokurorluğunun PKK terror təşkilatı ilə əlaqəsi olan 36 hüquqi və fiziki şəxsə qarşı 2010-ci ildə açdığı istintaq işinin məhkəməyə çıxarılmasının qarşısını alan qərara etirazını bu sözlərlə ifadə edib:

“Belçika məhkəməsinin terror təşkilatı PKK ilə bağlı qərarının hüquqla uzaqdan yaxından əlaqəsi yoxdur. Bu qərar ideoloji və siyasidir. Bizə hüquq öyrətməyə qalxanların qorxu ilə verdikləri ikiüzlü qərardır. Bunun kimi ideoloji qərarlar bizi xain terror təşkilatları ilə mübarizədən əsla çəkindirməz”.


Oxunma sayı: 6227

Oxşar yazılar