Əcnəbilər Azərbaycanda 1,2 milyard manatlıq əməliyyat aparıblar

  • 13:23 - 29 Yanvar

Keçən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 2018-ci ilin eyni ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.

Avropa.info İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2019-cu ildə isə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri isə 1 milyard 257 milyon manat olub.

Ötən il Azərbaycana 193 ölkədən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Oxunma sayı: 5600

Oxşar yazılar