Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib

  • 13:13 - 29 Yanvar

Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilmiş təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub. 

Avropa.info xəbər verir ki, təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi  - 695 bal)   layiq görülüblər. 

Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub. 


Oxunma sayı: 5259

Oxşar yazılar