Tramp Fələstini yox edən qalmaqallı "sülh planı"nı açıqladı : “Hər zaman İsrailin yanında olacağam"

  • 11:36 - 29 Yanvar

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə sülh gətirəcək “Əsrin müqaviləsi” planını açıqladı. 

Avropa.info xəbər verir ki, plan İsrail baş naziri Benyamin Netanyahu Ağ Evə gəldikdən sonra açıqlanıb. Tramp planla bağlı çıxışında bu sözləri deyib:

“İsrail dünyanən üzərində bir işıqdır. Tarixdəki qaranlıq dövrlərin təkrarlanmasına icazə verməyəcəyik. Mahmud Abbasla Beytüllahimdə görüşdüm, daha yaxşı həyat potensialların reallaşdırılmasının lazımlığını düşündüm. Geri qayıdarkən həll yolu üçün çalışmağa qərar verdim. Bu sülh baxışımız keçmişdəkilərdən fərqlidir, həqiqətə əsaslana 80 səhifəlik planımız tarixə keçib.

Detallı xəritə üçün komissiya yaradacağıq. Gələcəkdə Fələstin dövləti yaradılmasının şərtləri arasında terroru rədd etməsi də var. Qüds İsrailin bölünməmiş paytaxtı olaraq qalacaq. İsrail üçün çox iş gördüm, ən vacibi qorxulu və bərbad İran nüvə müqaviləsindən çıxmaq oldu. 

Fələstin üçün də çox yaxşı müqavilə olmasını istəyirəm. Fələstinlilər üçün də çox şey etmək lazımdır, yoxsa ədalətli olmazdı. Bir daha bu qədər yaxşı heyət göndərməyəcəklər, hamısı çox yaxşı danışıqlar aparır, qarşı tərəfin də yaxşı olmasını istəyirlər. Bu xəritə Fələstini iki qatına çıxaracaq. Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətində ABŞ səfirlik açacaq. Fələstin xalqına nəhayət ki, stabillik və xoşbəxtlik gələcək. Xarici yardım olmada başlarının çarəsinə baxacaqlar, çox bacarıqlı xalqdırlar.

Cənab Abbasa məktub göndərdim və fələstinlilərə verilən torpağın onlar üçün 4 il açıq tutulacağını dedim. Bu tarixi fürsətə cavabınız Fələstinin dövlət olması üçün necə liderlik etdiyinizi dünyaya göstərəcək. İran rejimi böyük miqyasda zəifləmiş vəziyyətdədir. Dünyanın bir nömrəli terrorçusu Qasım Süleymanini aradan götürdük. Hizbullahın lideri ilə yaxşı işlər ardınca getmirlər. İsrailə qarşı nifrəti yaymağa çalışırlar. Qüdsü azad etmək üçün İsraillə müharibə aparmağımız lazımdır deyirlər, İsrailin düşmən olduğunu deyərək Yaxın Şərqi bölməyə çalışırlar. 

Həqiqətdə Qüds azaddır və xilas edilib. İslam dünyasının 1948-ci ildə etdiyi səhvi, İsraili tanımaq yerinə hücum etmək səhvini düzəltməyin vaxtı gəlib. Bura səfirlərini göndərdikləri üçün Bəhreyn, BƏƏ və Omana təşəkkür edirəm”.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransından sonra “Twitter” səhifəsindən açıqlama verib:

“Daima İsrail və yəhudi xalqının yanında olacağam. Onların təhlükəsizliyi və tarixi vətənlərində yaşama haqlarını güclü formada dəstəkləyirəm. Artıq sülh zamanıdır!”

Tramp bu sözlərin altından tərtib etdiyi plana görə, İsrail dövlətinin sərhədlərini göstərən xəritə də paylaşıb.

Mövcud status-kvonu “leqal sərhədlər” kimi qəbul edən xəritəyə görə, İsrail torpağı kimi göstərilən regionlar sarı rəngdə göstərilərkən, İsrailin işğalı altındakı 15 yaşayış məntəqəsi də İsrail torpağı kimi qeyd olunub. Qüdsün İsrail paytaxtı kimi göstərildiyi xəritədə “gələcəkdəki Fələstin dövləti” əks olunub. Paytaxtı Qüdsün şərqindəki bölgə kimi işarələnən Fələstin dövlətinin torpaqların firuzəyi rəngdə göstərilib. 

Xəritənin altında Əqsa məscidinin statusunun qorunacağı, Qüdsün təhlükəsizlik divarının qərbində (İsrialin paytaxtı kimi) bölünməz olaraq qalacağı” və “İsrailli ya da fələstinli olsun heç kimin yerindən qovulmayacağı” maddələri qeyd olunub.


Oxunma sayı: 13476

Oxşar yazılar