Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

  • 23:04 - 28 Yanvar

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

İri hotellərdə divarlara asılan belə xəbərdarlıqlar Vyetnam, Çin, Koreya və rus dillərindədir.

Bundan əvvəl Nha Tranqda istirahət etmiş turistlərin ikisində koronavirusun təsdiqləndiyi bildirilmişdi.(report)


Oxunma sayı: 6502

Oxşar yazılar