“Fitch” SOCAR-ın reytinqini «BB +» səviyyəsində təsdiqləyib

  • 22:48 - 28 Yanvar

 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə “Sabit”dir

Şirkətdən  verilən məlumata görə, SOCAR-ın reytinqi Azərbaycanın reytinqinə (BB + / sabit) uyğundur.

"Bu uyğunluq şirkətə maliyyə təminatı, nağd ödəmələr və kapital qoyuluşları şəklində göstərilən dövlət dəstəyinə, həmçinin SOCAR-ın sosial funksiyalarına və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyətinə əsaslanır.".

Reytinqdə SOCAR-ın sosial rolu da nəzərə alınır.


Oxunma sayı: 7371

Oxşar yazılar