Sinqapurda koronavirusa yoluxanların sayı 7-yə çatıb

  • 21:56 - 28 Yanvar

Sinqapurda koronavirusa (2019-nCoV) yoluxanların sayı 7-yə çatıb.

Sinqapur Səhiyyə Nazirliyi ölkədə son 24 saat ərzində daha üç nəfərin koronavirusa yoluxduğunu müəyyən edib.

Yoluxanlardan ikisi yanvarın 19-23-də Uxan şəhərindən Sinqapura gələn Çin vətəndaşlarıdır.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 14 gündə Çinin Hubey əyalətində səfərdə olan və Sinqapura qayıdan vətəndaşlar karantinə alınacaqlar.


Oxunma sayı: 6326

Oxşar yazılar