Razi Nurullayevin seçicilərlə görüşləri davam edir: "Digər namizədlərə cansağlığı və möhkəm iradə arzulayıram" (Fotolar)

  • 20:45 - 28 Yanvar

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev seçicilərlə görüşlər keçirir. 

Razi Nurullayev bu gün İmişlinin Yalavac, Rəsullu və Məhəmmədli kəndlərində görüşlər keçirib.

Bu barədə o, özünün "Facebook"səhifəsində yazıb.

İmişlinin Yalavac, Rəsullu və Məhəmmədli kəndlərində görüşlər keçirdik. Yenə uşaq pulu, pensiya yaşı, sosial kreditlər, ünvanlı sosial yardımın ədalətsiz bölüşdürülməsi, işsizlik və digər məsələlər. İnsanlar bilir ki, mənim sərbəst, konkret və proqram xarakterli çıxışlarının arxasında konkret iş, əməl durur. Biz sözü küləyə atmırıq.

Digər namizədlərə də cansağlığı və möhkəm iradə arzulayıram. Onlara səbr və dözüm diləyirəm. Dözümlü olun, istəyirsinizsə, mənə görə toplaşan insanlardan xahiş edim ki, dağılaşmasınlar, sizi də dinləsinlər və imkan yaratsınlar ki, şəkil çəkdirəsiniz.


Oxunma sayı: 5754

Oxşar yazılar