Sutka ərzində Türkiyə sərhədinə qaçan suriyalıların sayı 21 nəfəri keçdi

  • 16:53 - 28 Yanvar

Son 24 saat ərzində İdlibdə gedən döyüşlərdən Türkiyə sərhədinə qaçan məcburi köçkünlərin sayı daha 21 min nəfər artıb.

Avropa.info xəbər verir ki, suriyalı hüquq müdafiəçisi Məhəmməd Həllac Anadolu Agentliyinə müsahibəsində sakinlərin İdlibin şimal-qərbində yerləşən Erix və Cəbəl Zaviyə rayonlarından qaçdığını deyib.

Qaçan insanların bir qismi Türkiyə sərhədinə yerləşir, digər hissəsi isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları nəticəsində təmizlənmiş ərazilərə gedirlər.

“Regionda kəskin humanitar yardım, o cümlədən qida və çadır çatışmazlığı hiss edilir. Minlərlə ailə açıq səma altında yaşayır” – Həllac deyib.


Oxunma sayı: 10869

Oxşar yazılar