İsrail mətbuatından böyük skandal: "Süleymanidən sonra növbədə Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidandır"

  • 15:57 - 28 Yanvar

Baş nazir Benyamin Netanyahuya yaxınlığı ilə tanınan İsrailin “Makor Rishon” qəzeti Türkiyə Milli Kəşfiyyat təşkilatının rəisi Hakan Fidanı hədəf göstərən məqalə dərc edib.

Avropa.info xəbər verir ki, ultra-sağ mövqeli qəzetdə Pazit Rabin imzası ilə dərc olunan “Sultan və Süleymani” adlı məqalədə Fidan haqda həqiqətə uyğun olmayan iddialar yazılıb.

Yanvar ayının əvvəli ABŞ-ın hazırladığı sui-qəsd nəticəsində öldürülən Qüds Qüvvələri komandanı Qasım Süleymani və Fidanın bir-birinə çox oxşadığını və hər ikisinin də İraq və Suriyada ölkələri adına vəkalət müharibələri apardığı iddia edilib.

Məqalədə “İndi Qasım Süleymani torpağın üç arşın dərinliyində yatdığına görə, onun əkizi Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəisi Hakan Fidana diqqət yetirməyin vaxtı gəldi” şəklində qalmaqallı ifadələr yer alıb. 


Oxunma sayı: 19691

Oxşar yazılar