Zəvvarlarımızın Həcc ziyarətinə gedəcəyi tarix açıqlandı

  • 15:20 - 28 Yanvar

Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Avropa.info-ya verilən məlumata görə, hazırda 20-yə yaxın müraciət qeydə alınıb.

QMİ-dən o da bildirilib ki, zəvvarların Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gediş-dönüşü iyulun 20-dən avqustun 15-dək nəzərdə tutulur: “Zəvvarları aparan ilk təyyarənin iyulun 20-də yola düşəcəyi nəzərdə tutulur. Hazırda bununla bağlı AZAL-a məktub yazılır. Onların cavabından sonra tarix tam dəqiqləşəcək”.

Xatırladaq ki, Həcc ziyarətinə sənəd qəbulu yanvarın 24-dən başlayıb.

Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək.

Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb.

Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.


Oxunma sayı: 5028

Oxşar yazılar