Talibanın vurduğu iddia edilən ABŞ təyyarəsində Qasım Süleymaninin sui-qəsdini planlayan ABŞ agenti də olub - İddia

  • 14:58 - 28 Yanvar

Əfqanıstanda dünən baş verən təyyarə qəzasında Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin sui-qəsdini planlayıcısı “Ayətulla Mayk” ləqəbli amerikalı agent Maykl D’Andrea da olub. 

Avropa.info xəbər verir ki, bu iddia ilə İtaliyanın “Gospa News” xəbər saytı çıxış edib. 

Qeyd edək ki, Qəzni vilayətində dünən yerli vaxtla saat 13:00-da ABŞ ordusuna məxsus təyyarə Talibanın nəzarətində olan Deh Yak adlı dağlıq ərazidə qəzaya uğramışdı.

Qəzaya uğrayan hərbi təyyarənin özlərinə məxsus olduğunu təsdiqləyən ABŞ ordusu rəsmiləri hadisənin qəza, təyyarədə isə ən çox 5 nəfərin olduğunu açıqlayıblar.

Taliban hərəkatı sözçüsü Zabihullah Mücahid isə təyyarənin onlar tərəfindən vurulduğunu açıqlamış, yüksək vəzifəli MKİ (CİA) agentlərinin öldüyünü iddia etmişdi.


Oxunma sayı: 15148

Oxşar yazılar