AFFA İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu

  • 13:15 - 28 Yanvar

AFFA-nın nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, federasiyanın konfransında icraiyyə komitəsinə seçki keçirilib.

Avropa.info sportal.az-a istinadən xəbər verir ki, İcraiyyə komitəsinin üzvlüyünə seçilən şəxslərin siyahısını təqdim edir:

Regional futbol federasiyaları ictimai birliyi - 3 yer

1. İsgəndər Cavadov - Qərb regional futbol federasiyası tərəfindən
2. Kazbek Tuayev - Regional futbol federasiyaları ictimai birliyi tərəfindən
3. Elxan Məmmədov - Şimal regional futbol federasiyası tərəfindən

Peşəkar futbol liqası ictimai birliyi - 5 yer
1. Zaur Axundov - "Keşlə" tərəfindən
2. Rauf Əliyev - "Səbail" tərəfindən
3. Vaqif Sadıqov - "Sumqayıt" tərəfindən
4. Elşad Nəsirov - "Neftçi" tərəfindən
5. Fərid Mansurov - Peşəkar futbol liqası ictimai birliyi tərəfindən

Sahə futbol federasiyaları ictimai birliyi - 2 yer
1. Firudin Qurbanov - Tələbə futbol federasiyası tərəfindən
2. Mahir Məmmədov - Futzal federasiyası tərəfindən

İctimai futbol təşkilatları ictimai birliyi - 2 yer
1. Elmar Məmmədyarov - Ümumazərbaycan futbolsevərlər birliyi tərəfindən
2. Könül Mehdiyeva - İctimai futbol Təşkilatları ictimai birliyi tərəfindən.

AFFA İcraiyyə Komitəsinin 13-cü üzvü assosiasiyanın prezidenti - Rövnəq Abdullayevdir.


Oxunma sayı: 9670

Oxşar yazılar