Əfqanıstanda ABŞ-ın hərbi təyyarəsini Taliban vurub? - Təyyarədə olan 83 MKİ agenti öldü iddiası

  • 12:17 - 28 Yanvar

Dünən Əfqanıstanın Qəzni vilayətində qəzaya uğrayan və Taliban hərəkatının məsuliyyətini öz üzərinə götürdüyü təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğu açıqlanıb.

Avropa.info xəbər verir ki, ABŞ –HHQ-nın sözçüsü polkovnik Sonni Leqqet “Twitter” səhifəsində qəzaya uğrayan təyyarənin E-11A bombardmançı təyyarə olduğunu bildirib:

“Təyyarənin qəza səbəbi araşdırılarkən, təyyarənin  vurulmasına dair hər hansı işarə yoxdur. Talibanin başqa bir təyyarənin də düşməsi ilə bağlı iddiaları səhvdir”.

Qeyd edək ki, Taliban sözçüsü Zabihullah Mücahid Anadolu Agentliyinə verdiyi müsahibədə ABŞ-a məxsus təyyarənin hərəkat üzvləri tərəfindən vurulduğunu və təyyarədə olan MKİ (CİA) agentlərinin hamısının öldüyünü iddia etmişdi.

Xatırladaq ki, dünən dünya mətbuatı Əfqanıstanın Qəzni vilayətində təyyarəsinin qəzaya uöraması nəticəsində 83 nəfər ölüb. 


Oxunma sayı: 12398

Oxşar yazılar