Pompeo Əsəd və ona dəstək verən dövlətləri hədələdi

  • 11:43 - 28 Yanvar

Vaşinqton Suriya hakimiyyətinə qarşı və onu dəstəkləyən dövlətlərə və şəxslərə qarşı ən qəti diplomatik və iqtisadi tədbirlər qəbul etməyə hazırdır.

Avropa.info xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departmentinin katibi Mayk Pompeo çıxış edib. Onun sözlərinə görə, amerikan tərəfi Suriyada baş verənləri diqqətlə izləyir. O, Rusiya qüvvələrini, İran rejimini və “Hizbullah” hərəkatını hava bombardmanları və İdlib, Hələb sakinlərinə qarşı hücumlarda ittiham edib.


Oxunma sayı: 6117

Oxşar yazılar