Bakının bu ərazilərində su olmayacaq

  • 11:41 - 28 Yanvar

Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Avropa.info-ya Azərsu ASC-dən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.


Oxunma sayı: 4489

Oxşar yazılar