Köçəsgər sakinləri Mütəllim Rəhimova səs verəcəklərini dedilər – Fotolar

  • 10:29 - 28 Yanvar

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimovun seçiciləri ilə görüşləri davam edir.

Avropa.info xəbər verir ki, Mütəllim Rəhimov Ağstafa rayonunun Köçəsgər kəndində izdihamlı görüş keçirib. Ədalət partiyasının sədri İlyas İsmayılovun vaxtilə bu kəndin deputatı olduğunu xatırladan seçicilər ona rəğbətlərini ifadə ediblər. Onlar indiki seçkilərdə də fəallıq göstərməyə hazır olduqlarını bildiriblər. Təki səsləri ədalətli sayılsın, iradələri nəzərə alınsın. 

Seçicilər səslərini səlahiyyətli orqanlara çatdıran şəxsə ehtiyaclarının olduğunu deyiblər. “Biz seçkidən-seçkiyə gələn deputatı istəmirik” - deyən kənd ağsaqqallarından biri bunu Prezident İlham Əliyevə çatdırmağı namizəd Mütəllim Rəhimovdan xahiş edib.

Heç bir yerdə işləmədiyini deyən və iş axtaran gənclərdən biri onlarla görüşə gələn deputatlarından nə iş görübsən sualına “Avropa ölkələrinin hamısında olmuşam” cavabını eşitdiyini deyərək, belələrinin aparılan islahatlar prosesini gözdən saldığını vurğuladı. 

Mütəllim Rəhimovu yaxşı tanıdıqlarını bildirən kənd sakinləri onu əmin etdilər ki, Köçəsgərlilər başqa şəxsə yox, yalnız ona səs verəcəklər. 

Kənd sakinlərindən biri isə qeyd etdi ki, M.Rəhimovun seçki şüarına adekvat olaraq mən də deyirəm ki, “biz də sizə güvənirik”. 

 

 

 


Oxunma sayı: 15962

Oxşar yazılar