Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri istefa verib

  • 23:50 - 27 Yanvar

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.

Bu barədə o, özü bildirib.

L.İzoria deyib ki, bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər Gürcüstanın müdafiə naziri olub. O, ötən ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər, noyabrında isə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. 


Oxunma sayı: 7536

Oxşar yazılar