Razi Nurullayev: "Yaşasın sədaqətli, əzmkar və gözəl millətim!" - Fotolar

  • 22:40 - 27 Yanvar

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşləridavam edir. 

Razi Nurullayev bu gün İmişlinin Çaxırlı, Xubyarlı və Məzrəli kəndlərinin sakinləri ilə görüş keçirib.

Bu barədə o, özünün “facebook” səhifəsində yazıb.

"Bu gün İmişlinin Çaxırlı, Xubyarlı və Məzrəli kəndlərinin sakinləri ilə görüş keçirdim. Böyük coşqu və sevgi ilə qarşılandım. İnsanlar görüşə soyuq qatılır, amma ruh yüksəkliyi ilə gedirlər. Çünki, biz onlara səmimiyyət, sədaqət, düzlük və ümid bəxş edirik. İnsanlar mənə "cənab deputat" deyə müracət edirlər. Deyirəm ki, cənab-zad deyiləm, sadəcə sizin deputatınız, eşidilməyən səsinizəm. Yaşasın sədaqətli, əzmkar və gözəl millətim!"


Oxunma sayı: 6546

Oxşar yazılar