İspaniya hökuməti öz vətəndaşlarını Uxandan təxliyə etməyə hazırlaşır

  • 20:20 - 27 Yanvar

İspaniya Səhiyyə Nazirliyi ölkənin 20 vətəndaşının Uxandan təxliyə edilməsi planını hazırlayır.

Bunu İspaniyanın Xarici İşlər naziri Arança Qonsales Laya bu gün səhər “Twitter” səhifəsində yazıb. O bildirib ki, başçılıq etdiyi departament “2019-нКоВ” koronovirus ocağının episentrində olan İspaniya vətəndaşlarını təxliyə etmək üçün Səhiyyə Nazirliyi, İspaniyanın Pekindəki konsulluğu, habelə Çinin və Avropanın hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

İspaniyanın Səhiyyə naziri Salvador İlya qeyd edib ki, İspaniya vətəndaşları vətənə gələn kimi zəruri müalicə ilə təmin olunacaqlar. O diqqətə çatdırıb ki, İspaniyada koronovirusa yoluxma faktı qeydə alınmayıb və onun ölkəsinin səhiyyə sistemi bu virusa çevik reaksiya vəziyyətinə gətirilib.

Fransa, Almaniya, ABŞ və Yaponiya da elan ediblər ki, yaxın günlərdə vətəndaşlarını Uxandan təxliyə edəcəklər.

Yanvarın 27-də 80 adam koronovirusun qurbanı olub, bu virusa yoluxanların sayı isə 2762 nəfərə çatıb. Bu da 24 saat əvvəl olduğundan 800 nəfər çoxdur. 30 000-dən çox insan müşahidə altındadır. Onların 5794-ü virus patogeninə yoluxmaqda şübhəli bilinir.

Honkonqlu tədqiqatçılar yanvarın 27-də bildiriblər ki, riyazi modellərə əsasən, “2019-нКоВ” koronovirusuna yeni yoluxma hallarının sayı artıq 40 mini ötüb. Buna görə də Çin hökuməti əhalinin yerdəyişməsini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməlidir.


Oxunma sayı: 9120

Oxşar yazılar