2024-cü ildən sonra Rusiya prezidenti kim olacaq? – Putinin xələfi kimi onun adı çəkilir

  • 17:39 - 27 Yanvar

Son günlər Moskvada ən çox müzakirə edilən məsələlərin başında “Putinin yerinə kim gələcək” sualı gəlir. 

Avropa.info xəbər verir ki, jurnalist Andrey Pertsev “Putinin xələfi adına ən real namizədlərdən birinin Moskva meri Sergey Sobyaninin” adını çəkir.

2024-cü ildə prezidentlik müddəti başa çatacaq Vladimir Putin yenidən bu vəzifəni tutmayacaq. Putinin şəxsən təklif etdiyi konstitusiya dəyişikliyinin yaxın vaxtlarda böyük ehtimalla həyata keçirilməsi, heç kimə iki dəfədən çox prezident olmaq haqqının verilməməsi ilə 25 il davam edəcək Putinin prezidentlik dövrü rəsmən başa çatacaq. 

Ancaq bundan sonra Putin böyük ehtimalla formalaşdırdığı yeni güclü konstitusional orqan – Dövlət Şurasının sədri kimi faktiki olaraq hakimiyyəti əldə saxlayacaq. Bütün bunlara baxmayaraq, prezident postu var və Putinin bu posta kimi namizəd göstərəcəyi məsələsi indidən hərarətlə müzakirə olunur.

Verdiyi dəqiq proqnozları ilə tanınan jurnalist Andrey Pertsevin sözlərinə görə, Moskva meri Sergey Sobyaninin komandasındakı bir çox adamın yeni hökumətdə təmsil olunması Putinin xələfi kimi onun ən vacib namizədlərdən biri olduğunu göstərir. 

Pertsevin Karneqi Mərkəzinin internet saytında dərc olunan məqaləsində yeni yaradılan Nazirlər Kabinetində Sobyaninə yaxın adamların olduğu qeyd olunur: 

“Kabinetdə əsasən iki qrupdan adamlar təmsil olunur.

Birincisi, baş nazir Mixail Mişustinə yaxın adamlar:

Baş nazirin müavinləri Dmitri Qriqorenko, Aleksey Overçuk, Viktoriya Aramiçenko və Dmitri Çernışenko.

İkincisi, Sergey Sobyaninə yaxın adamlar:

Baş nazir müavini Marat Husnillin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, elm naziri Valeri Falkov, inşaat naziri Vladimir Yakuşev və ətraf mühit naziri Dmitri Kolıbkin.

Yeni kabinetdə Sobyanindən daha çox adamı olan tək şəxs prezident Putindir. “Sobyaninçilər”in ortaq tərəfi sərt idarəçilər və texnokratlar olmasıdır. 

Sobyanin Kremldə fəal mer kimi qəbul olunur, dolayısı ilə ona yaxın adamların hökumətə dəvət edilməsi təəccüblü deyil. Putinin 2024 üçün ehtimal olunan hədəflərindən biri də Sobyanindir”.


Oxunma sayı: 29899

Oxşar yazılar