Elə bilirlər ki, qışqırmaqla nəyəsə nail olacaqlar” – MSK sədri Müsavtın iddiasına cavab verdi

  • 17:39 - 27 Yanvar

“Namizədlər socsal şəbəkələrdə məşhurlaşmağa üstünlük verirlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, bunun seçkiyə heç bir təsiri yoxdur: “Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə bizim müdaxilə etmək hüququmuz yoxdur. Bəzən namizədlər seçicilər ona səs verməyəcəyini deyəndə bunu faciə halına çevirirlər. siyasi məsələləri seçki prosesi ilə qarışdırmaq olmaz”.

MSK sədri Müsavat Partiyasının İctimai Televiziya və Radio Yayımları şirkətində pulsuz efir vaxtı tələb etməsi ilə balı məsələyə də münasibət bildirib:

“Onlar hətta MSK-ya da bununla bağlı müraciət ünvanlayıblar. Müsavat Partiyası iddia edir ki, bizim 64 namizədimiz qeydiyyatdan keçib, pulsuz efir vaxtı verilməlidir. Ancaq bu, mümkün deyil. Çünki 64 nəfərin hamısı partiya siyahısında verilən namizədlər deyil. Elə bilirlər ki, qışqırmaqla, səs-küy yaratmaqla nəyəsə nail olacaqlar”.


Oxunma sayı: 5413

Oxşar yazılar