BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb – Foto

  • 16:47 - 27 Yanvar

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin ixtirası Amerika Birləşmiş Ştatlarında (ABŞ) patent alıb. Alimin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına 9 yanvar 2020-ci il tarixində ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisitərəfindən US 2020/0010964A1 nömrəli patent verilib.

Yeni ixtira karbon dioksidin elektrokimyəvi reduksiyasından bəhs edir. Karbon dioksidin tutulması və utilizasiyası ətraf mühit problemlərinin həlli ilə yanaşı, neft-kimya məhsullarının yeni üsulla alınmasına da imkan verir.

Qeyd edək ki, son zamanlar atmosferdə karbon dioksidin miqdarının artması bir sıra problemlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Bunun qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrində dövlət proqramları həyata keçirilir.

BMU aliminin yeni ixtirası ABŞ-da patent alıb

Oxunma sayı: 6073

Oxşar yazılar